- Ana Səhifə
- Media
- Xəbərlər
- Peşə Təhsil Mərkəzində “Emosional-psixoloji vəziyyətə dair maarifləndirmə” təlimlərinə start verilib
İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin əməkdaşlığı çərçivəsində Azərbaycan Gənclər Fondunun və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə “Emosional-psixoloji vəziyyətə dair maarifləndirmə” mövzusunda silsilə təlimlərin keçirilməsinə başlanılıb.
Peşə Təhsil Mərkəzində təşkil edilən təlimlərin keçirilməsində məqsəd uşaq və gənclər arasında sosial-psixoloji problemlərdən irəli gələrək həyatdakı çətinliklərlə düzgün mübarizə, müsbət düşüncənin formalaşdırılması, zorakılığın müxtəlif formalarının qarşısının alınması və dəstək xidmətləri barədə məlumatlılığın artırılmasıdır.
Təlim zamanı təlimçi-ekspertlər tərəfindən yeniyetmə və gənclərin emosional-psixoloji durumuna təsir edən amillər, gənclərin emosional-psixoloji durumuna təsir göstərən düşüncə xətalarının müəyyənləşdirilməsi və onlarla mübarizə texnikaları, psixososial dəstəyə ehtiyacı olan yeniyetmə və gənclərdə alternativ təfəkkürün formalaşdırılması mövzuları üzrə məlumatlar tələbələrə təqdim edilir, praktik məşğələlər və iştirakçılarla müzakirələr təşkil olunur.
İnteraktiv formada keçirilən təlimlərdə ümumi olaraq Mərkəzdə təhsil alan 160-dan çox tələbənin iştirakı nəzərdə tutulub.