Peşə Təhsil Mərkəzində Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib
28 dekabr,2022 15:13

Dekabrın 28-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil olunub.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və artıq ənənəvi bayramlarımızdan birinə çevrilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb, bayram münasibəti ilə tələbələri və kollektivi təbrik edib, möhkəm cansağlığı, uğurlar arzulayıb.

 

Tədbir bədii hissə ilə davam edib, tələbələrin ifasında müxtəlif şeirlər və mahnılar səsləndirilib, rəqslər və səhnəciklər təqdim edilib.

 

Sonda Peşə Təhsil Mərkəzinin ictimai və sosial işlərində fəallıq göstərən təlbələrinə sertifikatlar təqdim edilib.