Peşə Təhsil Mərkəzində məzunlara diplomların təqdim edilməsi mərasimi keçirilib
17 avqust,2024 11:12

Cari ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzini 136 nəfər tələbə müvəfəqiyyətlə başa vurub. 

 

Onlardan 12 nəfəri təhsil müəssisəsini fəqlənmə diplomu ilə bitirib. Bununla əlaqədar Peşə Təhsil Mərkəzində məzunlara diplomların təqdim edilməsi mərasimi keçirilib.

 

Tədbirdə Mərkəzin pedaqoji heyəti, valideynlər və tələbələr iştirak ediblər.