Peşə Təhsil Mərkəzində qanvermə aksiyası keçirilib
27 fevral,2025 14:38
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Peşə Təhsil Mərkəzində fevralın 26-da hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə Mərkəzin və əməkdaşlıq etdiyi şirkətlərin nümayəndələrinin iştirakı ilə növbəti qanvermə aksiyası keçirilib. Aksiyada 100-dək donor iştirak edib.
Götürülmüş qan nümunələri laboratoriyada bir daha müayinə edildikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada Peşə Təhsil Mərkəzinin əməkdaşları mütəmadi iştirak edirlər. Belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Digər