- Ana Səhifə
- Media
- Xəbərlər
- Peşə Təhsil Mərkəzinin tələbələri beynəlxalq yarışda mükafata layiq görülüb
İqtisadi Zonaların İnkişafı Agentliyin (İZİA) Peşə Təhsil Mərkəzinin tələbələri Elm və Təshil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində dekabrın 5-9-u tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən beynəlxalq yarışda iştirak ediblər.
“SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı”nda Hackathon (Proqramçılar) kateqoriyası üzrə çıxış edən Mərkəzin tələbələri III yerə layiq görülüblər.
Festivalda ümumilikdə 1312 nəfər iştirak edib ki, bunlardan 127 nəfəri xarici ölkələrin nümayəndələri olub. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir.