Pirallahı Sənaye Parkında yeni rezident
20 aprel,2022 12:23

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident - “Medtest” MMC qeydiyyata alınıb. Bununla da sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.

 

“Medtest” MMC tərəfindən Sənaye Parkının ərazisində “Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı layihəsi” həyata keçiriləcək. 20 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulan layihənin investisiya dəyəri 2,75 milyon manatdır və bunun da 82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.

 

İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.