- Ana Səhifə
- Media
- Xəbərlər
- “Prestij-Kimya“ MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib
“Prestij-Kimya“ MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib
4 noyabr,2022 10:07
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident - “Prestij-Kimya“ MMC qeydiyyata alınıb.
Yeni rezident “Prestij-Kimya“ Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 2 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 4,8 milyon manat olan müəssisədə 157 nəfər daimi işlə təmin ediləcək.
Müəssisədə istehsal olunacaq məhsulların daxili və xarici bazarlara satışı nəzərdə tutulur.
Digər