- Ana Səhifə
- Media
- Xəbərlər
- Qarabağın bərpasında Sumqayıt Sənaye Parkının məhsullarından geniş istifadə olunur - AZTV Xəbər
Sumqayıt Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunan müxtəlif məhsullardan Qarabağın bərpası və yenidən qurulması işində geniş istifadə olunur.
Burada istehsal olunan şüşə, alüminium və metal konstruksiyalar, kabel və elektrik avadanlıqları, tikinti materialları, polimer və digər sənaye məhsulları Qarabağda həyata keçirilən müxtəlif layihələrin təchizatında mühüm rol oynayır.
Beləliklə, Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən müəssisələr həm ölkə iqtisadiyyatına, həm də Qarabağın bərpasına real töhfə verirlər.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 44 rezident qeydiyyatdan keçib. İndiyədək sənaye parkına sahibkarlar tərəfindən 5,5 milyard manatdan çox investisiya yatırılıb və burada 6500 daimi iş yeri yaradılıb.


