Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib
4 aprel,2023 17:35

Aprelin 4-də Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya nazirinin müavini Kairat Torebayev, və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovla İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.

 

Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada investorlar üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verib, sənaye zonalarının təqdimatı göstərilib.

 

Görüşdə Qazaxıstan şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.