Ağdam Sənaye Parkında yeni rezident
19 fevral,2024 15:42

Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən 35 yeni iş yeri yaradılacaq.

 

“Qreys.A.” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində sement və beton qatqılarının istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 6,5 milyon manat olan müəssisədə 35 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 

Zavodda istehsal olunan məhsullar daxili tələbatın ödənilməsinə yönəldiləcək.