Rusiya Federasiyasının Tümen vilayətinin İnvestisiya siyasəti və sahibkarlığa dövlət dəstəyi departamentinin İnvestisiyalar, təşviq və xarici əlaqələr bölməsinin müdiri Aleksandr Qorlatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanvarın 25-də Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.
Görüşdə əməkdaşlıq əlaqələri müzakirə olunub, Rusiyalı iş adamları sənaye zonalarında yaradılan biznes imkanlarından yararlanmağa dəvət edilib.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel zavodunda gedən istehsal prosesi ilə tanış olublar.