Sabirabad Sənaye Məhəlləsində yeni rezident
1 dekabr,2022 15:03
“Rengli Porselen” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsinin rezidentliyi statusu verilib.
Yeni rezident “Rengli Porselen” MMC Sabirabad Sənaye Məhəlləsinin ərazisində çini qabların istehsalını həyata keçirəcək.
İnvestisiya həcmi 1,2 milyon manata yaxın olan müəssisədə 28 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Digər