- Ana Səhifə
- Media
- Xəbərlər
- Sənaye parklarının rezidentləri 511 milyon manatdan çox vəsaitə qənaət ediblər
Cari ilin I rübü ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində mövcud olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər 7,3 milyon manat vəsaitə qənaət ediblər.
Ölkədə mövcud sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes məkanıdır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılıb. Sənaye zonalarında sahibkarlar əlavə texniki şərtlərin alınması tələbi olmadan dövlət vəsaiti hesabına hazır mövcud infrastruktur imkanlarından istifadə etməklə öz layihələrini icra edə bilərlər.
Bundan başqa sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 511 milyon manatdan çox, 2025-ci ilin I rübü ərzində isə 7,3 milyon manat vəsaitə qənaət ediblər.