Sənaye parklarının rezidentləri üçün gömrük güzəştlərinin müddəti 10 ilə qədər uzadılıb
6 yanvar,2023 15:36

2022-ci il 30 dekabrda “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumundan azad olunması müddəti 10 ilə qədər uzadılıb. Bu qanun 2023-ci il yanvarın 1-dən qüvvəyə minib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Gömrük tarifinə əsasən indiyədək sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumundan azad olunurdular.