Sənaye zonaları sahibkarların investisiya yatırmaları baxımından əlverişli platformadır
4 noyabr,2024 16:27

Ölkədə fəaliyyət göstərən sənaye zonaları sahibkarların investisiya yatırmaları baxımından ən əlverişli platformadır. 

 

Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına sahibkarlar tərəfindən 223 milyon manat investisiya yatırılıb, 500 nəfərlik daimi iş yeri yaradılıb.

 

Qeyd. 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,88 milyard manat olan 156 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən artıq daimi iş yeri yaradılıb.