2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Rezidentlər tərəfindən 471 milyon manat investisiyanın yatırılması, 3.100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Sözügedən rezidentlər tərəfindən sənaye zonalarında baza yağların, kompozit armaturların, güzgülərin, birdəfəlik üçkomponentli şprislərin, müxtəlif təyinatlı dərmanların, süd məhsulların, qazobeton blokların, əmtəə beton və quru yapışdırıcıların və s. məhsulların istehsalı həyata keçiriləcək.