Sənaye zonalarında məhsul istehsalı və ixracı artıb
12 yanvar,2023 17:01

Sənaye zonaları ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.

 

İndiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7 milyard manata yaxın 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 65-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,46 milyard manatdan çox investisiya yatırılıb və 10400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4200-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 20,6%, ixrac isə 10,08% artıb.