Sənaye zonalarının qeyri-neft sektorunun inkişafında payı artır
23 oktyabr,2024 15:52

Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. 2024-cü ilin 9 ayı ərzində sənaye zonalarında 2,4 milyard manatlıq satış həyata keçirilib, bunun da 801,1 milyonluq hissəsi ixracın payına düşür. 

 

Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,5%, ixracında isə 26% təşkil edib.