Sənaye zonalarının rezidentləri Rebuild Karabakh sərgisində iştirak edirlər
20 oktyabr,2023 14:45

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarının rezidentləri III Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində iştirak edirlər.

 

Belə ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti “Holcim (Azərbaycan)” ASC, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “STP” MMC, “Assan-STP Panel” MMC, “Azertexnolayn” MMC, Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş - Park” MMC öz stendləri ilə təmsil olunurlar. Sözügedən rezidentlərin stendlərində istehsal olunan məhsullara dair nümunələr sərgi iştirakçılarına nümayiş etdirilir.

 

Qeyd edək ki, “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisi 21 oktyabradək öz işini davam etdirəcək.