SKSP-nin rezidenti məhsul çeşidini artırır
18 noyabr,2022 13:05

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC yeni ölçülü (DN100 və DN250) ikiqat qofralı boruların istehsalına başlayıb. İki qat borular içərisi müştəri istəyinə uyğun olaraq sarı, ağ və göy rənglərdə olmaqla yüksək sıxlıqlı polietilen (HDPE) tərkibli daxili hamar qat və xarici büzməli qatdan ibarət olur.

 

Qeyd edək ki, bu cür borular yeraltı elektrik kabel xətlərinin və kanalizasiya xətlərinin çəkilməsi zamanı istifadə edilir.

 

Məlumat üçün bildirirk ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC 2013-cü ildə istehsala başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu - polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları fəaliyyət göstərir. Hazırda bu müəssisələrdə 60-dan çox çeşiddə məhsul istehsal olunur.

 

İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, dünyanın 15-dən çox ölkəsinə ixrac edilir.