SKSP-nin rezidenti “World Tobacco Middle East 2022” sərgisində iştirak edib
30 noyabr,2022 14:59

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” QSC Dubayda keçirilən dünyanın ən böyük tütün sərgilərindən olan “World Tobacco Middle East 2022” sərgisində iştirak edib.

 

100-dən çox şirkətin iştirak etdiyi sərgidə “Tabaterra” QSC öz stendi ilə təmsil olunub. Stenddə şirkət tərəfindən istehsal olunan “Made in Azerbaijan” brendli məhsullar (Argo, Kingston və Senate brendləri) nümayiş etdirilib. Şirkətin stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, “Tabaterra” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən 80 fərqli çeşiddə tütün məmulatları istehsal edir.