- Ana Səhifə
- Media
- Xəbərlər
- Sumqayıt Sənaye Parkında Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Sumqayıt Sənaye Parkında Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
28 sentyabr,2026 15:02
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Sumqayıt Sənaye Parkında 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Sumqayıt Sənaye Parkının rezidentlərinin əməkdaşlarının iştirak etdiyi tədbir çərçivəsində Parkın ərazisində 300-ə yaxın ağac əkilib.
Tədbirin keçirilməsində məqsəd Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eyni zamanda ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin artırılmasına töhfə vermək olub.


