Oman Sultanlığının İqtisadiyyat nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Sənaye Parkına səfər edib
19 dekabr,2025 14:31

Bu gün Oman Sultanlığının İqtisadiyyat naziri Said Mohammed Ahmed Al Saqrinin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Sənaye Parkına səfər edib.

Səfər çərçivəsində keçirilən görüşdə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Emil Hacıyev, həmçinin Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı qonaqlara Azərbaycanda sənaye zonalarının fəaliyyəti, investorlar üçün yaradılmış müasir infrastruktur, tətbiq olunan dövlət dəstəyi mexanizmləri və güzəştlər barədə ətraflı məlumat verilib, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində nümayəndə heyəti Sumqayıt Sənaye Parkının rezidenti olan “AzerFloat” QSC-nin istehsal sahəsinə baxış keçirib, müəssisədə istehsal prosesi və texnoloji imkanlarla yerində tanış olub.