- Ana Səhifə
- Media
- Xəbərlər
- "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşları beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər
"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşları noyabrın 29-da Təhsil Nazirliyinin və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə Bakı Mühəndislik Universitetində keçirilmiş "Azərbaycanın innovativ inkişafında mühühəndisliyin rolu hədəflər və prespektivlər" mövzusuna həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.
Konfransa beynəlxalq ekspertlər, dövlət və özəl sektorun, ali məktəblərin, həmçinin AMEA-nın müvafiq qurumlarının nümayəndələri qatılıblar.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov ölkədə sənayeləşmə siyasətinə uyğun olaraq reallaşdırılan sənaye parkları və parkların ölkə iqtisadiyyatının inkişafına təsiri barədə məlumat verib. Bildirilib ki, müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib.
Qeyd edilib ki, “Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə Bakı Mühəndislik Universiteti arasında əməkdaşlığın əsas məqsədi tələbələrin daha keyfiyyətli təhsil alması, öz ixtisasları üzrə peşəkar kadr kimi inkişaf etdiriməsi, onların praktiki vərdişlərinin formalaşdırılması, gələcək iş təminatı, müəssisələrin universitetlərə birbaşa çıxışının təmin edilməsi, təcrübəli mühəndislərin tədris prosesinə cəlb edilməsi, elmi-texnoloji yeniliklərin sənayedə tətbiqi və digər bu kimi sahələr üzrə səyləri birləşdirmək, həm tələbələr, həm də müəssisələr üçün yeni imkanlar yaratmaqdı.
Daha sonra konfrans öz işini plenar iclasla davam etdirib.
Qeyd edək ki, 20 dekabr 2018-ci il tarixində Bakı Mühəndislik Universiteti ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında Anlaşma Memorandumu imzalanıb.