Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edib
30 sentyabr,2022 16:44

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC 28-30 sentyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq "Aquatherm Tashkent 2022" sərgisində öz stendi ilə təmsil olunub.

 

Sərgidə şirkətin istehsal etdiyi polad borular, polietilen məmulatlar, çuqun tökmə məmulatları və s. məhsullar “Made İn Azerbaijan” brendi ilə nümayiş etdirilib.

 

“Azertexnolayn” MMC-nin stendi iştioraçılat tərəfindən maraqla qarşılanıb.