- Ana Səhifə
- Media
- Xəbərlər
- Tacikistanın sənaye və yeni texnologiyalar naziri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub
Tacikistanlı iş adamları sənaye zonalarında yaradılmış investisiya mühitindən yararlanamağa dəvət edilib.
İyunun 13-də Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabirin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub.
Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı göstərilib.
Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ölkəsinin Azərbaycanla əməkdaşlığın, xüsusilə sənaye və logistika sahəsində əlaqələrin genişlənməsində, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən yararlanmaq niyyətində olduqlarını və bu istiqamətdə işlərin aparıldığını diqqətə çatdırıb.
Görüş çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, Tacikistanlı iş adamları sənaye zonalarında mövcud investisiya imkanlarından yararlanmağa dəvət edlib.
Sonda nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin Polietilen məmulatları zavodunda gedən istehsal prosesi ilə tanış olublar.