- Ana Səhifə
- Media
- Xəbərlər
- TƏBİB və Pirallahı Sənaye Parkının rezidenti arasında Memorandum imzalanıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkının rezidenti “Medtest” MMC Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində (“Medinex 2022”) öz stendi ilə təmsil olunur.
Sərgi çərçivəsində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə Pirallahı Sənaye Parkının rezidenti “Medtest” MMC arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi “Medtest” MMC tərəfindən TƏBİB-in tabeliyində olan tibb müəssisələrində məhsulların keyfiyyət testlərinin aparılması, şəkərli diabet xəstəliyinin müalicəsi üçün peşəkar kadrların hazırlanmasına dəstək göstərilməsidir.
Qeyd edək ki, tibb sahəsində fəaliyyət göstərən 90-dan çox şirkətin iştirak etdiyi sərgi bu gün işini yekunlaşdıracaq.