Millət vəkili Emin Hacıyev və Sumqayıt Dövlət Universitetinin bir qup sonuncu kurs tələbəsi Sumqayıt Kimya Sənaye Parkında olub.
Görüşün keçirilməsində məqsəd tələbələrin Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən istehsal müəssisələri ilə tanış edilməsi və gələcəkdə onların işlə təmin edilməsinə köməkliyin göstərilməsidir.
Tələbələrə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar barədə məlumat verilib, bu barədə təqdimat keçirilib, gənclərin sualları cavablandırılıb.
Sonra millət vəkili və tələbələr Peşə Təhsil Mərkəzində İqtisadiyyat Nazirliyinin şəhid əməkdaşı Asəf Nəsibovun xatirəsinə qoyulmuş stendi ziyarət edib, Peşə Təhsil Mərkəzində yaradılan şərait, dərs prosesi, laboratoriyalar və s. ilə tanış olublar.
Sonda tələbələr Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsində istehsal prosesini izləyiblər.