Türkiyə ilə sənaye və texnologiya sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub
2 oktyabr,2023 15:58

İqtisadiyyat Nazirliyində Türkiyənin sənaye və texnologiya naziri ilə keçirilən görüşdə türk iş adamlarının Azərbaycanda yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması məsələləri müzakirə edilib.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşüb.

 

Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. İqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi imkanları qeyd edilib.

 

Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparıblar.