Türkiyə şirkətinə Ağdam Sənaye Parkınının rezidentliyi statusu verilib
30 iyul,2024 15:06

Türkiyə kapitallı “Asilsoy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. 

 

Müəssisədə tava və qazan istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 100 nəfər işlə təmin ediləcək. 

 

İstehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da nəzərdə tutulur.

 

Qeyd. “Asilsoy” Tükiyədə metal mətbəx əşyalarının istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət tərəfindən istehsal edilən məhsullar müxtəlif sifarişçi marka ("Karaca", “Schafer”) adları ilə 15-dən çox ölkəyə ixrac edilir.