- Ana Səhifə
- Media
- Xəbərlər
- “Uğur yolu” müsabiqəsinin qalibləri Sumqayıt Kimya Sənaye Parkında olublar
Martın 4-də “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ölkədə mövcud sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılmış şəraitlə tanış olmaq məqsədilə Sumqayıt Kimya Sənaye Parkında olublar.
“Uğur yolu” müsabiqəsinin qaliblərinə sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya mühiti, rezidentlər üçün tətbiq edilən güzəştlər barədə məlumat verilib, sənaye zonalarının fəaliyyətini əks etdirən videoçarx və təqdimat nümayiş etdirilib. Müsabiqə qalibləri həmçinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində tələbələr üçün yaradılmış şəraitlə tanış olublar.
Sonra görüş müzakirələrlə davam etdirilib və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan “Uğur yolu” Karyera İnkişaf Proqramı intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün kadr ehtiyatı bankının formalaşdırılması məqsədilə təsis olunub.