"Usta Mənəm!” müsabiqəsinin növbəti mərhələsi Masallı Sənaye Məhəlləsində təşkil edilib
3 iyun,2024 12:36

“Holcim Azərbaycan” MMC və İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti "Usta Mənəm!” müsabiqəsi Masallı Sənaye Məhəlləsində təşkil edilib.

 

Müsabiqədə ümumilikdə 18 nəfər usta iştirak edib, onlardan 2 nəfəri final mərhələsinə vəsiqə qazanıb.

 

Qeyd. Müsabiqənin keçirilməsində məqsəd ölkənin ən yaxşı “Usta”sını seçmək, gənclər arasında hörgü peşəsini təbliğ etmək və peşə təhsilinin nüfuzunu yüksəltməkdir. Sonda qalibə avtomobil hədiyyə ediləcək.