Sentyabrın 5-də “İTOCHİ Oil Exploration Co” Ltd-nin prezidenti Takumi Hiraganın rəhbərlik etdiyi Yaponiya şirkətlərindən ibarət nümayəndə heyəti İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında olub.
Şirkət nümayəndələrinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli investisiya şərait, tətbiq edilən vergi və gömrük güzəştləri, sənaye zonalarında istehsal olunan məhsullar barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.
Görüşdə Yaponiya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib, şirkət nümayəndələrinin sualları cavablandırılıb.
Sonra Yaponiya nümanyəndə heyəyi Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel və Elektrik Avadanlıqları zavodlarında istehsal prosesi ilə tanış olub.