Pirallahı Sənaye Parkında sənaye zonalarında investorlar üçün yaradılmış əlverişli biznes mühiti, tətbiq olunan təşviq mexanizmləri və əməkdaşlıq imkanları barədə məlumat verilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria K. Papakonstantinus ilə görüş keçirilib.
Görüşdə sənaye zonalarının ölkənin iqtisadi inkişafında, sənayeləşmə prosesinin sürətləndirilməsində, yeni istehsal sahələrinin yaradılmasında və investisiyaların cəlb edilməsində rolu barədə məlumat verilib. Həmçinin sənaye zonalarında investorlar üçün yaradılmış əlverişli biznes mühiti, tətbiq olunan vergi və gömrük güzəştləri, müasir infrastruktur təminatı, eləcə də sahibkarların fəaliyyətinə göstərilən dəstək mexanizmləri diqqətə çatdırılıb, əməkdaşlığın inkişafına dair müzakirə aparılıb.
Səfir Maria K. Papakonstantinus Pirallahı Sənaye Parkının rezidenti “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.


