“ZF Group” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib
25 yanvar,2024 15:46

“ZF Group” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb. 

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif çeşiddə yapışqan lentlərin istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1 milyon manat olan müəssisədə 32 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

 

İstehsal olunan məhsullar əsasən daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.