Qarabağda yaradılan sənaye zonaları

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionunun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

 

Ağdam Sənaye Parkı

 

Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. 190 hektar ərazini əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Rezidentlərin rahat fəaliyyət göstərmələri üçün mobil tipli şəhərcik salınıb. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən təqdim edilən layihələrə İqtisadi Zonaların İnkişafı Agentliyində baxılıb qiymətləndirilir və həmin iş adamlarına Sənaye Parkının rezidenti statusu verilir. Artıq bir sıra rezidentlər tərəfindən tikinti-quraşdırma işlərinə başlanılıb. 

 

 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı

 

 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb. 200 hektar ərazini əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Rezidentlərin rahat fəaliyyət göstərmələri üçün mobil tipli şəhərcik salınıb. Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən təqdim edilən layihələrə İqtisadi Zonaların İnkişafı Agentliyində baxılıb qiymətləndirilir və həmin iş adamlarına Sənaye Parkının rezidenti statusu verilir.