“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi müxtəlif təyinatlı malların satın alınmasına dair kotirovka sorğusu keçirir
23 December,2020 15:46

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi müxtəlif təyinatlı malların satın alınmasına dair kotirovka sorğusu keçirir.

 

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, qiymət təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Prosedurda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC nəzdində Peşə Təhsil Mərkəzinin Sumqayıt şəhəri Kimyaçılar küçəsi 1 ünvanında yerləşən ofisinə yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Natiq Məmmədov (telefon: 051-205-97-50)

 

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • Kotirovka sorğusunda iştirak etmək üçün müraciət;
  • İddiaçının tam adı, təşkilatın hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır). 

 

Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

 

İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 25 dekabr 2020-ci il saat 13:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC nəzdində Peşə Təhsil Mərkəzinin Sumqayıt şəhəri Kimyaçılar küçəsi 1-də yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 25 dekabr 2020-ci il, saat 16:00-da Sumqayıt şəhəri Kimyaçılar küç 1, Peşə Təhsil Mərkəzinin  iclas zalında açılacaqdır.

 

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.