"Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən investorların cəlb olunması istiqamətində yerli və xarici şirkətlərlə görüşlər keçirilir, ikitərəfli danışıqlar aparılır.
Bu məqsədlə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşları oktyabrın 29-da Bakıda Azərbaycan-Rusiya işgüzar görüşünə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirdə hər iki tərəfdən qida sənayesi, səhiyyə, bank, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox sahibkar iştirak iştirak edib.
Tədbir çərçivəsində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşları Rusiyada Tibbi avadanlıqların istehsalı sahəsində fəaliyyət göstərən və qastroenteroloji test sistemlərini inkişaf etdirən ilk və yeganə şirkət Tibb və Analitiklər Birliyinin (“AMA” MMC) nümayəndələri ilə görüş keçiriblər.
Sözügedən şirkətin nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən sənaye parkları barədə, burada investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər haqqında məlumat verilib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.