Peşə Təhsil Mərkəzi sərgidə iştirak edib
18 May,2022 15:26

Mayın 17-də Sumqayıt şəhərində Dövlət Məşğulluq Agentliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Peşələr Festivalı keçirilib. Sərginin təşkilində məqsəd gənclərin müasir əmək bazarı barədə məlumatlandırılması, peşə sahələrinə marağın artırılmasıdır.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində Peşə Təhsil Mərkəzi sərgidə öz stendi ilə təmsil olunub.

 

Sərgi ziyarətçilərinə Mərkəzin fəaliyyəti haqqında məlumat verilib və iştiakçıların sualları cavablandırılıb.