Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq sertifikatlara layiq görülüb
25 July,2022 16:54

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC Avstriyanın “TÜV Austria Cert GmbH” şirkəti tərəfindən bir neçə “IMS” sertifikatına - EN ISO 9001:2015 (“Keyfiyyət İdarəetmə Sistemi” beynəlxalq standartı), EN ISO 14001:2015 (“Ətraf Mühiti İdarəetmə Sistemi” beynəlxalq standartı), ISO 45001:2018 (“Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyini İdarəetmə Sistemi” beynəlxalq standartı) – layiq görülüb.

 

“SOCAR Polymer” MMC-nin fəaliyyətinin beynəlxalq standartlara cavab verdiyini əks etdirən bu sertifikatlar şirkətin istehsal etdiyi məhsulun ixrac imkanlarının daha da genişləndirilməsinə imkan yaradacaq.

 

Qeyd edək ki, “SOCAR Polymer” MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət Sənaye Parkının ərazisində fəaliyyət östərən və Kanada, Avstriya texnologiyalarından istifadə etməklə yaradılan müəssisəinin illik gücü 184 min ton polipropilen (PP) və 120 min ton yüksək sıxlıqlı polietilen istehsalıdır. İndiyədək “SOCAR Polymer” MMC 984 milyon manatlıq məhsul istehsal edib, bunun da 885 milyon manatlıq hissəsi (90%-i) ixrac edilib. İstehsal olunan məhsullar dünyanın 15 ölkəsinə “Made İn Azerbaijan” brendi ilə ixrac olunur. İnvestisiya dəyəri 864 milyon ABŞ dolları olan müəssisədə 750 nəfərdən çox insan daimi işlə təmin edilib.