Rusiyalı iş adamı Pirallahı Sənaye Parkında olub
31 October,2019 12:27

Rusiyada Tibbi diaqnostik avadanlıqların istehsalı sahəsində fəaliyyət göstərən AMA Co.Ltd. şirkətinin direktoru Marina Dmitrienko oktyabrın 31-də Pirallahı Sənaye Parkında olub.

 

Qonağa ölkəmizdə əsasən əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə reallaşdırılmış Pirallahı Sənaye Parkı, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait barədə məlumat verilib. Bildirilib ki, hazırda Pirallahı Sənaye Parkında 5 müəssisə rezident kimi qeydiyyatdan keçib. Bunlardan da “Diamed Co” Şpris istehsalı zavodu artıq fəaliyyət göstərir.

 

AMA Co.Ltd. şirkətinin direktoru Marina Dmitrienko rəhbəri olduğu müəssisə haqqında məlumat verərək bildirib ki, şirkət Helicobacter pylori aşkarlanması üçün innovativ test sistemlərinin inkişafı və istehsalı sahəsində fəaliyyət göstərir. Gələcəkdə Parkın ərazisində Tibbi diaqnostik avadanlıqların istehsalında maraqlı olduqlarını bildirib. Marina Dmitrienko Pirallahı Sənaye Parkında sahibkarlar üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

 

Sonda sənaye parklarının və AMA Co.Ltd. şirkətinin fəaliyyətini əks etdirən təqdimat keçirilib.

 

Daha sonra iş adamı Pirallahı Sənaye Parkında görülmüş işlərlə tanış olub