Ümumi təhsil müəssisələrində təhsilalanların maraq, bacarıq, qabiliyyət və şəxsi keyfiyyətləri nəzərə alınmaqla onların gələcəkdə düzgün peşə seçimi etməsinə və əmək fəaliyyətinə hazırlanmasına dəstək göstərilməsi məqsədilə aprelin 5-də Sumqayıt şəhər 23 və 26 nömrəli tam orta məktəblərin IX və XI sinif şagirdlərinin İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil edilib.
Tanışlıq səfəri çərçivəsində şagirdlərə Peşə Təhsil Mərkəzinin fəaliyyəti, Mərkəzdə öyrədilən müxtəlif sənət növləri və peşələr haqqında məlumat verilib.
Sonda məktəblilər Mərkəzin kitabxana, informatika, labaratoriya otaqlarında yaradılan şəraitlə tanış olublar və müxtəlif peşə ixtisasının tədrisi prosesini izləyiblər. Ekskursiya zamanı müxtəlif peşə növləri ilə bağlı şagirdlərin sualları cavablandırılıb.