SKSP-nın rezidenti Azərbaycanın tanınan 50 brend sırasındadır
4 June,2021 17:58
“Caspian Energy Club”ın təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə “Brand Award Azerbaijan” milli müsabiqəsi keçirilib və Azərbaycanın cari ildə 50 ən tanınan brendi müəyyən olunub.
Müsabiqədə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC Azərbaycanın tanınmış 50 brendi arasında 16-cı yerin sahibi olub.
Qeyd edək ki, müsabiqədə 200 şirkət, xidmət və məhsul brendi iştirak edib və səsverməyə müxtəlif ölkələrdən 6500-dək respondent qatılıb.
Digər