“AK PACK” MMC – yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib
6 May,2022 12:46

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “AK PACK” MMC qeydiyyata alınıb. Hazırda Sənaye Parkının 29 rezidenti var və bunlardan artıq 17-si fəaliyyət göstərir.

 

“AK PACK” MMC Sənaye Parkının ərazisində yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsini inşa edəcək.

 

İnvestisiya həcmi 7 mln manatdan çox olan layihə çərçivəsində 35 nəfər daimi işlə təmin ediləcək.

 

İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur.

 

Qeyd edək ki, müəssisədə istehsal ediləcək məhsullar qida sənayesində, həmçinin qablaşdırma sahələrində  istifadə olunacaq.