Daşkənd vilayəti başçısının müşaviri Sumqayıt Kimya Sənaye Parkında olub
18 December,2021 13:48

15-17 dekabr tarixlərində Bakıda keçirilmiş "Made In Uzbekistan" milli sərgisi çərçivəsində Daşkənd vilayəti başçısının müşaviri və "CleanBox" şirkətinin təsisçisi Amir Abidov Sumqayıt Kimya Sənaye Parkında olub.

 

Sənaye parkına səfərin əsas məqsədi burada sahibkarlar üçün yaradılmış şəraitlə tanış olmaqdır.

 

Əvvəlcə iş adamına Sumqayıt Kimya Sənaye Parkı, Parkın rezidentləri barədə məlumat verilib. 

 

İş adamı Daşkənd vilayətində yerləşən İnno Texnopark və Molodejnıy Texnoparklarının fəaliyyətindən danışıb və gələcəkdə iki ölkənin sənaye parkları arasında əməkdaşlıq əlaqələrinin yaradılması məsələsi müzakirə edilib.

 

Daha sonra iş adamı Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC-nin Dəqiq mexaniki emal zavodunda gedən istehsal prosesi ilə tanış olub.