Rusiyanın "StankoMaşStroy" şirkətinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC-də olublar
23 October,2019 14:28

Azərbaycan-Rusiya İşgüzar Şurasının məsul katibi Fuad Nağıyevin müşayiəti ilə Rusiyanın "StankoMaşStroy" şirkətinin nümayəndələri oktyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC-də olublar.

 

Əvvəlcə iş adamlarına ölkədə fəaliyyət göstərən sənaye parkları, burada rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, investorlar üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib.

 

Daha sonra “STP” MMC-nin fəaliyyət istiqaməti, burada istehsal olunan məhsullar, əldə olunan uğurlar haqqında məlumatlar iş adamlarının diqqətinə çatdırılıb.

 

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.

 

Sonda iş adamları “STP” MMC-nin Dəqiq mexaniki emal və Ağır maşınqayırma zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.