- Ana Səhifə
- Media
- Xəbərlər
- Rusiyanın Tümen vilayətinin iş adamları Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC-də olublar
Rusiyanın Tümen vilayətinin İnvestisiya siyasəti və sahibkarlığa dövlət dəstəyi departamentinin direktor müavini Anton Maşukovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 24-də Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC-də olublar.
İş adamlarına Sumqayıt Kimya, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur, investorlar üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib.
Bundan başqa Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-nin fəaliyyət istiqaməti haqqında məlumatlar iş adamlarının diqqətinə çatdırılıb.
Görüş çərçivəsində “STP” MMC və Sənaye parklarının təqdimatı keçirilib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.
Daha sonra iş adamları “STP” MMC-nin Dəqiq mexaniki emal və Ağır maşınqayırma zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.