Neftçala Sənaye Məhəlləsinin rezidenti ilk ixracını həyata keçirəcək
10 November,2021 11:13

Neftçala Sənaye Məhəlləsinin rezidenti “Khazar” Avtomobil Zavodu fəaliyyətini uğurla davam etdirir. Yaxın vaxtlarda müəssisə ixraca başlamağı planlaşdırır. İlkin mərhələdə Ukraynaya 200-ə yaxın Khazar LX və Khazar SD modellərindən olan avtomobil ixrac ediləcək. Khazar LX və Khazar SD modelləri Ukraynada sertifikatlaşdırma mərhələsindən uğurla keçdiyi üçün bu avtomobillərin ölkəyə idxalına icazə verilib.

  

Qeyd edək ki, ildə 10 min ədəd avtomobil istehsal etmək gücündə olan “Khazar” Avtomobil Zavodunda 200-dək işçi çalışır. İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilmiş müəssisədə hazırda 3 növdə avtomobil modeli - Khazar LD, Khazar LX və Khazar SD - istehsal edilir.