“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşlarına təlim keçirilib
12 March,2021 17:00
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-də tətbiq edilən İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi çərçivəsində əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi olaraq təlimlərin keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar olaraq, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşları üçün “Peşə sağlamlığı və əməyin təhlükəsizliyinin idarə olunması – risk qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.
Üç həftə davam edən təlimdə iştirakçılara əməyin mühafizəsi, təhlükəsizlik və sanitar-gigiyena qaydalarına riayət edilməsi və s. haqqında məlumat verilib.
Təlimdə iştirakçıların fikirləri dinlənilib və sualları cavablandırılıb.
Digər