- Ana Səhifə
- Media
- Xəbərlər
- Peşə Təhsil Mərkəzində “Xocalı bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda tədbir keçirilib
Fevralın 25-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində Xocalı soyqrımının 30-cu ildönümü ilə əlaqədar “Xocalı bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən rəsm və əl işlərindan ibarət sərgiyə baxış keçirilib.
Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə tarixin ədalətsizlik və haqsızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımının xalqımızın qan yaddaşında əbədi yer tutduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan xalqı o dəhşətli faciədən 30 il ötməsinə baxmayaraq, həmin müdhiş gecənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, fəlakətin səbəbkarlarına dərin nifrətini bildirir, həlak olanların xatirəsini dərin ehtiramla yad edir.
Eyni zamanda diqqətə çatdırılıb ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı. Lakin illər ötsə, əsrlər bir-birini əvəz etsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək.
Daha sonra 44 günlük Vətən müharibəsində iştirak edən Peşə Təhsil Mərkəzinin əməkdaşları keçdikləri döyüş əməliyaları barədə xatirələrini bölüşüblər.
Sonda Xocalı faciəsindən bəhs edən videoçarx və tələbələrin ifasında ədəbi bədii-kompozisiyalar nümayiş olunub.